Misli Premyer Liqasında XIV turdan təxirə salınan "Qəbələ" - "Turan Tovuz" oyununun baş tutacağı tarix məlum olub.
Offsideplus.az xəbər verir ki, görüş fevralın 24-də, saat 15:00-da başlayacaq.
Qeyd edək ki, matç qatı dumana görə 24-cü dəqiqədə dayandırılmışdı.
PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək.
24 fevral (çərşənbə axşamı)
15:00.“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu



