Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunda böhran dərinləşir.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Jorje Jezus, köməkçilər Simau və Jose Semedu yaxın saatlar ərzində istefa verə bilərlər.
Eyni zamanda, klubun ulduz futbolçusu Kriştianu Ronaldu hələ də oyuna çıxmaqdan imtina edir.
Ronaldu iddia edir ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) klub daxilinə müdaxilə edir və rəqib komanda "Əl-Hilal"a üstünlük göstərir.
Ronaldu hələ rəsmi açıqlama verməyib, lakin onun mövqeyi aydındır: PIF daxili sabotajı aradan qaldırmalı və klub idarə heyətinin səlahiyyətlərini bərpa etməlidir ki, o meydana çıxsın.



