Mark-André ter Ştegenin bud əzələsindən aldığı zədə onun Dünya Kuboku ilə bağlı ümidlərinə ciddi zərbə vurub.

Offsideplus.az xəbər verir ki, almaniyalı qapıçı uzun müddət yaşıl meydanlardan uzaq qala bilər. Cərrahi müdaxilə ehtimalı istisna edilmir və bu halda Ter Ştegenin iki aydan çox forma geyinməməsi mümkündür.

Maraqlı məqamlardan biri isə odur ki, mümkün ssenarilərdən birinə əsasən, Ter Ştegen “Jirona” ilə müqavilə imzaladıqdan təxminən iki həftə sonra yenidən “Barselona”ya qayıda bilər.