“Globe Soccer Awards”ın 2025-ci il üçün müxtəlif nominasiyalar üzrə finalçıları açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, ən yaxşı klub nominasiyası üzrə isə “Liverpul”, “Çelsi”, “Flamenqo”, PSJ və “Barselona” yarışacaq.

Qaliblər səsvermə yolu ilə seçiləcək və onların adları dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafatı "Real" qazanıb.