"Barselona" klubu Robert Levandovskinin komandadakı gələcəyi ilə bağlı qərar verəcək. 

Offsideplus.az xəbər verir ki, klub Kataloniya təmsilçisinin gələcəyini aşağıdakılar üzrə dəyərləndirəcək:

— Ferran Torreslə müqayisədə cari mövsüm performansı

— Gələn yay top hücumçu transfer edib-etməyəcəkləri

— Paltardəyişmə otağında digər futbolçuların da gedişi

— Klubun mövsümün sonunda maliyyə durumu. 

Qeyd edək ki, polşalı hücumçunun "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.