“Mançester Yunayted”də Bruno Fernandesin yeni müqavilə şərtləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Bruno Fernandes 2027-ci ildən sonrakı müqaviləni uzatmaq üçün həftəlik 400 min funt sterlinq maaş tələb edir.

“Mançester Yunayted” Bruno Fernandesi komandada əsas oyunçu hesab edir və onunla ortaq məxrəcə gəlmək üçün danışıqları davam etdirir.

Əgər danışıqlar müsbət nəticələnsə, futbolçu Dünya Kuboku başlamazdan əvvəl yeni müqaviləyə imza atacaq.