Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu gün "Şamaxı"nı qəbul edib.
İlk oyunda Ayxan Abbasovun komandası 2:1 hesabı ilə qələbə qazanmışdı.
Ağdam təmsilçisi bu görüşdə özünə lazım olan qalibiyyəti əldə etməyi bacarıb - 3:1.
Qeyd edək ki, "Qarabağ" yarımfinalda "Qəbələ" - "Sabah" cütünün üstün tərəfi ilə qarşılaşacaq.
19:00 "Qarabağ" - "Şamaxı" 3:1 (ilk oyun - 1:2)
Qollar: Emmanuel Addai, 6, 61, Leandro Andrade, 63 - Karim Rossi, 29
Qaçırılan penalti: Karim Rossi, 90+9
Tofiq Bəhramov adına Respublika Stadionu


