Alman mütəxəssis Yürgen Kloppun “Red Bull”dakı fəaliyyəti başa çata bilər.

Offsideplus.az xəbər verir ki, rəhbərlik daxilində onun son qərarları ilə bağlı tənqidlərin artdığı və əvvəlki kimi tam dəstəyin olmadığı bildirilir. Bu səbəbdən yayda mümkün ayrılıq ehtimalı güclənib.

Məlumata görə, “Red Bull” rəhbərliyi artıq alternativ variant üzərində də düşünür. Oliver Qlasnerin onun yerinə qlobal futbol rəhbəri vəzifəsinə gətirilməsi nəzərdən keçirilir.

Kloppun bəzi idarəetmə qərarlarının müzakirə mövzusuna çevrildiyi və onun bu vəzifədəki gələcəyinin sual altında olduğu vurğulanır.