UEFA İntizam Komitəsi “Qalatasaray”a azarkeş hadisələrinə görə cəza verib.

Offsideplus.az xəbər verir ki, qərara əsasən, klub 40 min avro məbləğində cərimələnib və növbəti səfər matçını azarkeşsiz keçirməlidir.

Klubun rəsmi açıqlamasında bildirilib ki, 25 fevral 2026-cı il tarixində səfərdə “Yuventus”a qarşı keçirilən UEFA Çempionlar Liqası oyunu zamanı yaşanan tribunal hadisələri cəza üçün əsas götürülüb.

İntizam Komitəsinin qərarına görə:

  • Kluba 40 min avro pul cəzası tətbiq olunub;
  • Avropa kuboklarında növbəti səfər qarşılaşması azarkeşsiz keçiriləcək.

Bu qərar 1/8 finalda a1“Qalatasaray”ın İngiltərə təmsilçisi “Liverpul”a qarşı keçirəcəyi cavab oyununa şamil olunur.

İlk qarşılaşma 10 mart tarixində İstanbulda, cavab matçı isə 18 martda İngiltərədə baş tutacaq. Səfər oyununda sarı-qırmızılı azarkeşlər komandalarını tribunadan dəstəkləyə bilməyəcəklər.

Klub rəhbərliyi qərardan UEFA Tahkim Kuruluna şikayət ediləcəyini açıqlayıb. Apellyasiya prosesinin nəticəsi yaxın günlərdə məlum olacaq.