"Barselona" İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Atletiko"nu qəbul edib.
Offsideplus.az xəbər verir ki, ilk görüşdə Madrid təmsilçisi 4:0 hesabı ilə qələbə qazanmışdı.
"Barselona" geridönüşə yaxın idi. Lakin bu, baş tutmayıb.
Katalon klubu matçda 3:0 hesablı qalibiyyət əldə edib.
"Atletiko" finalda "Real Sosyedad" - "Atletik" (Bilbao) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyundan sonra "Real Sosyedad"ın üstünlüyü var - 1:0.


