İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.
Offsideplus.az xəbər verir ki, "Liverpul" bu turda sonuncu yerdə gedən "Vulverhempton"la qarşılaşıb.
Görüşdə qollar matçın sonlarında vurulub.
"Canavarlar" 90+4-də Andrenin vurduğu qolla güclü rəqibini məğlub etməyi bacarıb.
"Liverpul" 48 xalda qalıb. Onlar 5-ci yerdədir.
"Vulverhempton" isə 16 xalla hələ də sonuncu - 20-ci yerin sahibidir.
Görüşün icmalını sizə təqdim edirik:


