Azərbaycan Basketbol Liqasında (ABL) X tur bu gün başlayacaq.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə tək qarşılaşma keçiriləcək. B qrupunda hərəyə 11 xal toplayan "Sərhədçi" və "Sumqayıt" komandaları üz-üzə gələcək. 

Görüş "Sərhədçi" İdman Mərkəzində saat 20:00-da baş tutacaq. 

Qeyd edək ki, "Sumqayıt" turnir cədvəlində 5-ci, "Sərhədçi" isə 6-cı pillədə qərarlaşıb. 

ABL, X tur

20:00 "Sərhədçi" - "Sumqayıt"