Dünya futbolunun ulduzu Kriştianu Ronaldu Portuqaliyada indiyədək tikilmiş ən bahalı malikanənin sahibi olub.

Offsideplus.az xəbər verir ki, Futbolçunun Quinta da Marinha bölgəsində inşa etdirdiyi dəbdəbəli mülkün dəyəri təxminən 29 milyon dollar olaraq qiymətləndirilir. ©

Məlumata görə, malikanə yüksək komfort və lüks imkanlarla diqqət çəkir. Burada şəxsi kinozalı və spa mərkəzi, iki üzgüçülük hovuzu, tennis kortu, eləcə də Ronaldunun superkar kolleksiyası üçün xüsusi inşa olunmuş geniş qaraj mövcuddur.