“Real Madrid”in gənc yarımmüdafiəçisi Franko Mastantuono karyerası ilə bağlı vacib qərar üzərində düşünür.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu mövsümün ikinci yarısı üçün 6 aylıq icarə variantını ciddi şəkildə nəzərdən keçirir. 

Məqsəd Argentina millisinin Dünya Çempionatı heyətində yerini təmin etməkdir.

Mastantuono müntəzəm oyun təcrübəsi qazanacağı kluba müvəqqəti keçid etməklə, baş məşqçi Lionel Skaloninin diqqət mərkəzində qalmaq istəyir.

Məlumata görə, bu addım “Real Madrid”dəki uzunmüddətli gələcəyinə inamsızlıq kimi yox, tam əksinə, strateji və planlı qərar kimi dəyərləndirilir. Klub daxilində də futbolçunun inkişafı üçün müntəzəm oyun praktikası qazanmasının vacib olduğu düşünülür.