Misli Premyer Liqasının XXV turunda "Sabah" evdə Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında matç ilə bağlı fikirlərini bölüşüb:
"Komandamı, futbolçularımı, məşqçi heyətimi təbrik edirəm. Oyunun asan olmayacağını bilirdik. Milli komandanın oyunları gəlir, Ramazan ayının sonudur, futbolçularda konsentrasiyanı saxlamaq çətin olur. Oyunçularımızdan razı qaldım. Yaratdığımız şanslardan yararlandıq. 1:0-dan sonra qol şanslarımız olsa da, yararlana bilmədik, buna təəssüflənirəm. Hesab 3:0 olandan sonra oyuna nəzarəti itirdik, top buraxdıq. Böyük şəklə baxsaq, yaxşı oyun oynadıq, razı qaldım. Fasilədən qayıdandan sonra gümrah şəkildə qayıdıb, çempionatın geri qalanında mübarizə aparacağıq".


