"Bayern Münhen” “Manchester United”in kapitanı Bruno Fernandeş ətrafında yaranan vəziyyəti yaxından izləyir.
Offsideplus.az xəbər verir ki, Almaniya nəhəngi portuqaliyalı yarımmüdafiəçinin son dövrlərdə verdiyi açıq və tənqidi açıqlamalardan sonra transfer üçün fürsət yarandığını düşünür.
Məlumata görə, Bundesliqa çempionu təxminən 50 milyon avro dəyərində təklif hazırlayır. Bu addımın əsas məqsədi “Mançester Yunayted”in mövqeyini yoxlamaqdır. Klub daxilində vəziyyətin gərgin qalacağı təqdirdə, təklifin yaxın zamanda rəsmi şəkildə təqdim oluna biləcəyi bildirilir.
Qeyd edək ki, Bruno Fernandeş uzun müddətdir “Yunayted”in əsas liderlərindən biri hesab olunur və mümkün transfer həm Premyer Liqa, həm də Avropa futbolu üçün böyük səs-küyə səbəb ola bilər.



