"Hamburq"a transfer olan Nigar Mirzəliyeva Bundesliqada debüt edib.
Offsideplus.az xəbər verir ki, onun komandası evdə "Frayburq"la qarşılaşıb.
Nigar görüşə əsas heyətdə başlayıb və sona qədər meydanda olub.
Qarşılaşma "Frayburq"un qələbəsi ilə başa çatıb - 2:0.
"Hamburq" 10 xalla 14 komanda arasında 12-ci yeri tutur.
Onlar növbəti turda "Leyptsiq"i qəbul edəcək.



