Fransalı hücumçu Jan-Filipp Matetanın "Milan"a transferi baş tutmaya bilər.

Offsideplus.az xəbər verir ki, tibbi baxış zamanı onu dizində problem aşkarlanıb.

Bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Bu səhər əlavə müayinələr tamamlanıb və "Milan" hazırda klub həkiminin də iştirakı ilə Parisdə qoyulacaq son diaqnozu gözləyir.

"Kristal Palas" tərəfi də keçidin tamamlanmağını gözləyir. Onlar daha sonra Yorqen Larseni heyətinə cəlb edəcək.