Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniyanın "Eqnatiya" klubunun heyətində daha bir məğlubiyyət acısı dadıb.

Offsideplus.az xəbər verir ki, həmyerlimizin komandası doğma meydanda "Elbasani"yə məğlub olublar - 1:2.

Zamiq bu oyunda 90 dəqiqə çıxış edib və 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Eqnatiya" 5 gün öncə evdə Albaniya Kubokunun yarımfinalında "Partizani"yə də məğlub olmuşdu (0:1).

Bugünkü məğlubiyyət ən yaxın izləyici "Dinamo" ilə xal fərqini artırmağa imkan verməyib. Hazırda "Eqnatiya" 58 xalla 1-ci yerdə qərarlaşıb. İkinci pillənin sahibi "Dinamo"nun aktivində 55 xal var.