"Qızıl top" bir xəyaldır, amma mənim diqqətim "Arsenal"da titullar qazanmaqdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri zədədən yeni qayıdan "topçular"ın futbolçusu Bukayo Saka deyib. O, fərdi mükafatlardansa, komandası ilə kuboklar qazanmaq istəyir:
"Mən sadəcə olaraq komandam üçün ən yaxşısını etmək üçün çox çalışıram. Yalnız o zaman gələn fərdi mükafatları qəbul edəcəm".
Saka cari mövsümdə 26 oyunda 10 qol vurub və 14 məhsuldar ötürmə edib.