İspaniyanın "Betis" klubu icarə əsasında heyətində Antonini növbəti mövsümdə komandada saxlamaq istəyir.

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Manu Fayardo bunun üçün hər şeyi etdiklərini bildirib:

""Biz Antonini gələn mövsümdə saxlamaq üçün əlimizdən gələni edirik.

Braziliyalı futbolçunu "Betis"ə gətirməklə fəxr edirik".

Xatırladaq ki, Antoni müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur. Onun "qırmızı şeytanlar"la 2027-ci ilin yayına qədər sözləşməsi var.