La Liqada son turda "Valensiya"ya 1:2 hesabı ilə məğlub olan "Real Madrid" rəhbərliyində səbr kasası daşıb. 

Offsideplus.az "Defansa Central"a istinadla xəbər verir ki, "Kral klubu" baş məşqçi Karlo Ançelottiyə şərt kəsib. İtalyan mütəxəssis "Arsenal"ı üstələyib, Çempionlar Liqasında yarımfinala vəsiqə qazanmasa, istefaya göndəriləcək. Ançelotti "Real"dan ayrılsa, Braziliya Futbol Federasiyası baş məşqçini milli komandanın sükanı arxasına gətirəcək. 

"Əflatun bəyazlar"a gəlincə, komanda "Bayer"in (Leverkuzen) çalışdırıcısı Xabi Alonsoya tapşırılacaq.  

Qeyd edək ki, 2021-ci ildən Madrid təmsilçisinə qayıdan Karlo Ançelottinin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayında yekunlaşacaq.