"Oyuna pis başladıq. Daha sonra qapımızda qol gördük, düzdür, həmin qol hesaba alınmadı. Amma bu, bizə siqnal idi". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XXIX turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

Gənc çalışdırıcı yaratdıqları qol epizodlarını dəyərləndirə bilmədiklərini söyləyib.

"Hesaba alınmayan qolsun üstündən heç 1 dəqiqə keçməmiş qapımıza 11 metrlik cərimə zərbəsi təyin edildi. Komandam bu qoldan sonra ayıldı, yaxşı oyun nümayiş etdirməyə başladı. Bir neçə real qol şansımız var idi. Hücumlarda son nöqtəni qoymaqda çətinlik çəkdik. Alınmadı. İnanıram ki, gələcəkdə bunun böhrəsini görəcəyik. Məğlubiyyətə baxmayaraq, futbolçulara təşəkkürümü bildiririəm", - deyə V.Cavadov vurğulayıb.