"Sabah"ın əvəzedicilərdən ibarət komandası çempionluq uğrund mübarizəni davam etdirir.
Offsideplus.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv bu gün Əvəzedicilər Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb.
"Bayquşlar" "Kəpəz-2"ni 2:0 hesabı ilə məğlub ediblər. Günün digər qarşılaşması da eyni hesabla nətcələnib. "Qarabağ-2" "Zirə-2"ni üstələyib.
Beləliklə, xalını 57-yə çatdıran "Sabah-2" ikinci pillədə qərarlaşıb. Hazırda lider "Neftçi-2" ilə xalq fərqi birə bərabərdir. Zirvənin sahibi saah Şamaxıda eyniadlı komanda ilə qüvvəsini sınyacaq.
"