Misli Premyer Liqasının XXIX turuna bu gün Mərdəkanda yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turun son görüşü "Araz-Naxçıvan"la "Sumqayıt" arasında keçirilib.
Naxçıvan təmsilçisinin kubok yarışında işləri qaydasında getsə də, Premyer Liqada "qara zolaq"da idi. Elmar Baxşiyevin yetirmələri ölkə çempionatında artıq 8 oyunda qələbənin nə olduğunu bilmirdilər. Nəhayət, komanda "Sumqayıt"ı üstələyərək, tilsimi qırıb.
7 aprel (bazar ertəsi)
“Araz-Naxçıvan”– “Sumqayıt” 2:0
Ramon Maçado, 20 (pen.); İqor Ribeyro, 65
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Liv Bona Dea Arena”, 18:00