"Paris Sen-Jermen" klubunun UEFA Çempionlar Liqasının finalında "Arsenal" üzərində qazandığı dramatik qələbənin əks-sədaları davam edir.
Offsideplus.az xəbər verir ki, matçın ardından dünya futbolunun və "Mançester Yunayted" klubunun əfsanəvi keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonun "PSJ"nin prezidenti Nasser Əl-Xəlaifiyə göndərdiyi təbrik mesajı idman mətbuatının gündəminə bomba kimi düşüb.
Şotlandiyalı əfsanə final oyununda London təmsilçisinin nümayiş etdirdiyi oyun üslubunu sərt şəkildə tənqid edib.
Ser Aleks Ferqyusonun Fransa klubunun rəhbərinə göndərdiyi mesajda bu ifadələr yer alıb:
"Afərin, sizin üçün çətin bir gecə oldu, lakin siz müdafiə olunmaqdan başqa heç nə etməyən sıkıcı (darıxdırıcı) bir komandaya qarşı oynadınız."
"Arsenal" klubunun baş məşqçisi Mikel Artetanın finaldakı həddindən artıq müdafiəyəmeylli taktikası idman ictimaiyyətində birmənalı qarşılanmamışdı.


