Türkiyə Futbol Federasiyası iki gün öncə keçirilən "Fənərbağça" - "Qalatasaray" (1:2) matçında yaşananlarla bağlı hər iki komandanın qırmızı vərəqə alan üzvləri ilə PFDK-ya (Peşəkar Futbol İntizam Komitəsi) müraciət edib.
Offsideplus.az xəbər verir ki, buna görə "Fənərbağça"dan Joze Mourinyo, Mario Branko (idman direktoru), Fred, Mert Hakan Yandaş və "Qalatasaray"dan Barış Alper Yılmaz, Kerem Demirbay üçün PFDK qərar verəcək. Onlar 5-10 oyundan 3-7 matça qədər komandalarına kömək etməyə bilərlər.
Əgər cəzalar 4 oyundan çox olarsa, bu zaman onlar cəzasını Süper Liqada da çəkməli olacaqlar. Az olarsa, yalnız kubok oyunlarında iştirak edə bilməyəcəklər.
Müraciətlərin nəticəsinin gələn həftə müəyyənləşəcəyi gözlənilir.