UEFA klubların ötən mövsüm Çempionlar Liqasında qazandığı məbləği açıqlayıb.

Offsideplus.az xəbər verir ki, son çempion "Real" rəqiblərini qabaqlayıb. "Kral klubu" turnirdən 138,8 milyon avro qazanıb.

PSJ 124,4 milyon avro, finalda Madrid klubuna məğlub olan Dortmund "Borussiya"sı isə 120.7 milyon qazanıb.

Əlavə edək ki, keçən mövsümkü titul "Real"ın sayca 15-ci kuboku olub. İspaniya təmsilçisi Çempionlar Liqasını ən çox qazanan klubdur.