Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun üzvü Kriştiano Ronaldu gözlənilməz etiraf edib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu "Dünyanın ən yaxşı futbolçusu kimdir?" sualına səmimi cavab verib.

"Bütün dövrlərin 3 ən yaxşı futbolçusu? Bu siyahıya özümü və yəqin ki, Lionel Messi və Zinəddin Zidanı daxil edərdim", - deyə dünya ulduzu GiveMeSport-a müsahibəsində bildirib.

Bununla belə, Ronaldu bu mövzuda mübahisələrin heç vaxt başa çatmayacağını söyləyib: "Əgər Dünya Kubokunu  qazansam belə, planetin ən yaxşı futbolçusu ilə bağlı mübahisələr səngiməyəcək. Bəziləri məni çox, digərləri isə az sevir. Tarixdə mübahisələr deyil, rekordlar qalacaq. Əlbəttə, Dünya Kuboku mənim mükafatlar kolleksiyamda artıq yer tutmazdı. Bunu yalnız arzulamaq olar".