İngiltərə Premyer Liqasında heç vaxt görünməmiş hadisə baş verib. 

Offsideplus.az xəbər verir ki, çempionatın autsayderi "Lester" tarixi antirekorda imza atıb.

Ruud van Nistelroyun rəhbərlik etdiyi kollektiv öz meydanında 8 ardıcıl ev məğlubiyyətinə düçar olan və həmin matçlarda heç bir qol belə vura bilməyən ilk komandaya çevrilib. Bu antrekord dünən "Nyukasl"a 0:3 hesablı məğlubiyyətdən sonra rəsmiləşib.

Hazırda "Lester" 17 xalla 20 klub arasında 19 -cu yeri tutur. Möcüzə baş verməsə, komanda mövsümün sonunda Premyer Liqanı tərk edəcək. Çünki qalan 7 tur ərzində "təhlükəli zona"dan çıxmaq üçün lazım olan 15 xalı toplamaq inandırıcı görünmür.

22.12.2024 "Lester" - "Vulverhempton" 0:3

29.12.2024 "Lester" - "Mançester Siti" 0:2

15.01.2025 "Lester" - "Kristal Peles" 0:2

18.01.2025 "Lester" - "Fulhem" 0:2

15.02.2025 "Lester" - "Arsenal" 0:2

21.02.2025 "Lester" - "Brentford" 0:4

16.03.2025 "Lester" - "Mançester Yunayted" 0:3

07.04.2025 "Lester" - "Nyukasl" 0:3