"Mançester Yunayted"in bu yay üçün əsas hədəfi "İpsviç"in hücumçusu Liam Delap olacaq.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçunun dəyəri 40 milyon funt-sterlinq civarında dəyərləndirilir. Bu barədə "ESPN" portalı məlumat yayıb.

Delap 2019-24-cü illər arasında "Mançester Siti"yə məxsus olub. O, ötən yay 17 milyon avroya "İspviç"ə transfer olub.

Gənc hücumçu cari mövsüm Premyer Liqada 30 oyunda 12 qol vurub.