İsveçli hücumçu Viktor Dyökereşin agenti "Arsenal" və "Real" arasında keçiriləcək Çempionlar Liqası matçını stadionda izləyəcək.

Offsideplus.az xəbər verir ki, bu, 26 yaşlı futbolçunun "topçular"a keçəcəyi iddialarını gücləndirib. Bu barədə İngiltərə mediası məlumat yayıb.

Dyökereş cari mövsümdə 43 oyunda 43 qol vurub.

Transfermarkt portalına görə onun bazar dəyəri 75 milyon avrodur.