AFFA tərəfindən “C” kateqoriyalı məşqçi kursu keçiriləcək.
Offsideplus.az qurumun rəsmi saytına istindən xəbər verir ki, kurs aprelin 29-da başlanacaq.
Təlimlər AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.
“C” kateqoriyalı məşqçi kursu 4 mərhələdən ibarət olacaq. 1-ci mərhələ aperlin 29-dan mayın 2-dək, 2-ci mərhələ mayın 20-dən 23-dək, 3-cü mərhələ iyunun 3-dən 6-dək, 4-cü mərhələ isə iyunun 23-dən 30-dək baş tutacaq.
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır.
Qeyd edək ki, məşqçi lisenziyaları 5 dərəcəyə bölünür: "D", "C", "B", "A" və "Pro" kateqoriyaları.