"Qalatasaray" klubunun hücumçusu Alvaro Morata zədələnib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu bu gün keçirilən məşqə qatılmayıb. O, sabah keçiriləcək Türkiyə Kuboku matçı üçün Konyaya aparılmayacaq.

Bu barədə "Qalatasaray" rəsmi saytından məlumat verib.

Moratadan başqa zədəsi davam edən Kaan Ayhan və Elias Yelert də heyətə daxil edilməyib.

"Konyaspor" - "Qalatasaray" görüşü sabah Bakı vaxtı ilə 21:30-da start götürəcək. Qarşılaşmanın qalibi kubokda finala yüksələcək.