"Nə baş verdiyi barədə heç bir fikrim yoxdur".

Offsideplus.az xəbər verir ki, bunu "Ferrari"nin pilotu Lyuis Hemilton deyib. O, yeni bolidə öyrəşə bilmədiyini də söyləyib:

"Maşında özümü rahat hiss etdiyim bir an olubmu? Xeyr, bir saniyə belə yox".

Buna rəğmən ingilis pilot "Ferrari"nin potensialı olduğunu düşünür:

"Mən avtomobili günahlandıra bilmərəm, çünki o, üçüncü yeri tutmağa qadirdir".

Əlavə edək ki, Hemilton 5 yarışdan sonra cəmi 31 xal yığa bilib. Onun komanda yoldaşı Şarl Lekler dünən keçirilən Səudiyyə Ərəbistan yarışında İtaliya təmsilçisinə bu mövsümkü ilk podiumu qazandırıb.