Portuqaliyanın "Benfika" klubu Anxel Di Mariya ilə müqavilə uzatmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçunun cari mövsümün sonunda Lissabon təmsilçisindən ayrılacağı gözlənilir. Onun klub ilə müqaviləsi başa çatır.
Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Di Mariya 2023-cü ilin yayında yenidən "Benfika"ya qayıdıb. O, bu mövsüm 37 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib.



