Tovuz şəhər stadionunun ot örtüyü yayda dəyişdiriləcək.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakının Kürdəxanı qəsəbəsində inşası davam edən "Hünər" təlim-məşq bazasının istismara hazır olan təbii ot örtüklü meydançasının açılış mərasimindən öncə brifinqdə deyib.
Tovuz şəhər stadionun ot örtüyü süni idi. Bundan sonra süni örtük təbii ilə əvəz olunacaq. Bu, "Turan Tovuz" klubunun şəxsi vəsaiti hesabına reallaşdırılacaq.
E.Quliyev bildirib ki, ot örtüyünün dəyişməsindən sonra komandanın payızda, oktyabr-noyabr aylarında doğma stadiona qayıdacaq.