Almaniya yığmasının müdafiəçisi Conatan Ta bu yay "Bayer"dən ayrılacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Kicker" nəşrinə danışan təcrübəli futbolçu bunları deyib:

""Hər şey əvvəldən deyilmişdi. Vaxt keçdikcə müqaviləmi uzatmamaq və burada qalmamaq qərarına gəldim.

İndi də belə qalır”.

Ta 2015-ci ildən "Bayer"də çıxış edir. Onun cari mövsümün sonunda Leverkuzen klubu ilə müqaviləsi başa çatır və azad agent olacaq.