"Çelsi" klubu "Barselona"nın futbolçusu Fermin Lopesi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" ispaniyalı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır.
Bu barədə "El Nacional" portalı məlumat yayıb.
Ferminlə "Atletiko" klubu da maraqlanır.
O, cari mövsümdə "Barselona"nın heyətində 37 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.



