"Turan Tovuz" futbol klubunun məkanı, mənbəyi, çıxmış olduğu yer Tovuzdur. Heç kimin bunu dəyişməyə nə fikri var, nə də cəsarəti çatar".
Offsideplus.az xəbər verir ki, bunu bölgə təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakının Kürdəxanı qəsəbəsində inşası davam edən "Hünər" təlim-məşq bazasının istismara hazır olan təbii ot örtüklü meydançasının açılış mərasimindən öncə brifinqdə deyib.
O, bazaya ehtiyaclarının olduqlarını da bildirib: "Bakı şəhərindəki oyunlar, digər oyunlar bizim üçün çətin olurdu. Bizim buna ehtiyacımız var idi. Çünki əsas komandamızın məşqləri üçün meydançaya böyük vəsait xərclənirdi. Kluba məxsus olan sahədə belə bir meydança salındı - "Hünər" təlim-məşq bazası. "Turan Tovuz" klubunun istismarına verilib. Gələcəkdə burada otel kompleksi də inşa ediləcək. Təkcə əsas komandamız yox, aşağı yaş qruplarındakı komandalarımız da burada məskunlaşacaq".



