Azərbaycan yığmasının üzvü Renat Dadaşov bu gün Polşa çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, həmyerlimizin komandası "Radomyak" Nepolomitse şəhərinə səfər edib. Komanda burada autsayder "Puşa"nın qonağı olub.
Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, meydana 65-ci dəqiqədə daxil olub. 25 yaşlı hücumçu meydana girəndən sonra tərəflər hərəyə 2 dəfə fərqlənib. Görüş heç-heçə başa çatıb - 2:2
Polşa klubundakı çıxış edən Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov oyunun protokoluna düşməyib. 29 yaşlı müdafiəçi sonuncu dəfə fevralın 15-də "Radomyak"ın heyətində çıxış edib.
"Radomyak" 35 xalla 13-cü pillədə qərarlaşıb.
Polşa Ekstraklasası, XXIX tur
14:15 "Puşa" - "Radomyak" 2:2
Qollar: Klimek, 85, Yakuba, 90+1 - Kamil Pestka, 69, Kaput, 86
Renat Dadaşov 65-cı dəqiqədə meydanda daxil olub.



