AFFA Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evi sosial xidmət müəssisəsində görüş təşkil edib.
Offsideplus.az xəbər verir ki, görüş Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə II kurs tələbələri ilə uşaqlar arasında baş tutub.
Məqsəd tələbələrə cəmiyyətin həssas təbəqələrinə qarşı empatiya hissinin aşılanması, sosial məsuliyyətin inkişaf etdirilməsi və mənəvi dəstək göstərməklə uşaqlara sevinc bəxş etmək olub.
Tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Sosial və ətraf mühit dayanılığı üzrə menecer Kifayət Mustafayeva, 3 saylı Uşaq Evinin direktoru Günay Manafova uşaqları salamlayıblar.
Tələbələr uşaqlarla vaxt keçirərək, onlara təhsilin faydaları haqqında məlumat veriblər. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.



