Misli Premyer Liqasında XV turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edəcək.
Bu görüş aşağı pillələr üçün böyük önəm kəsb edir.
"Qəbələ" 8 xalla 10-cu, Gəncə təmsilçisi isə 6 xalla 11-ci yerin sahibidir.
Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Misli Premyer Liqası, XV tur
14 dekabr (bazar)
14:00. “Kəpəz” – “Qəbələ” 0:0 (Birinci hissə)
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Baş məşqçi: Kaxaber Tsxadadze
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu



