ABŞ hakimiyyəti Dünya Kubokuna səfər etmək istəyən İran azarkeşlərinə viza verməyəcəyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qadağa təkcə azarkeşlərlə məhdudlaşmır. Bəzi futbolçuların da vizasının rədd ediləcəyi ehtimal olunur.

Bu barədə "Diario Ole" məlumat yayıb.

Xəbərdə verilən məlumata görə, ötən həftə Dünya Kubokunun püşkatması üçün müraciət edən İran Futbol Federasiyasının prezidenti də viza ala bilməyib.

Səbəb kimi isə bu göstərilir: ABŞ qanunvericiliyinə əsasən, İran vətəndaşlarına, həmçinin ölkədə təsdiqlənməmiş qurumlarda hərbi xidmət keçmiş şəxslərə viza verilmir.

Məsələ ətrafında narazılıqlar artır, İran tərəfi isə qərarın idmanı siyasiləşdirdiyini bildirir.