Misli Premyer Liqasının XXIX turunda "Şamaxı" ilə görüş “Neftçi”nin futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu Azərbaycan çempionatlarında 40-cı qolunu vurub. O, yubiley qolunu "Şamaxı” ilə səfər matçının 42-ci dəqiqəsində penaltidən reallaşdırıb.

Ölkə çempionatlarında 40 qol vurmaq üçün Ramilə 127 oyun lazım olub. Şeydayev “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib.

Beləliklə, "Neftçi"nin hücumçusu Azərbaycan çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçuya çevrilib. O, bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.