Bu gün UEFA Çempionlar Liqasında 26 günlük fasilə başa çatacaq.

Offsideplus.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub yarışında 1/4 final mərhələsi start götürür.

Bu günə 2 oyun nəzərdə tutulub. Londonda yerli "Arsenal" turnirin son qalibi Madrid "Real"ını qonaq edəcək. Yarışın favoritlərindən sayılan "Bavaiya" isə "İnter"lə qüvvəsini sınayacaq.

1/4 final mərhələsinin digər 2 matçı sabah keçiriləcək.

8 aprel

Çempionlar Liqası, 1/4 final, ilk görüşlər

23:00 "Arsenal" - "Real Madrid"

23:00 "Bavariya" - "İnter"