NTD-nin "Sərhədçi"yə qarşı XX tur oyununu (77:103) komandanın baş məşqçisi Tahir Baxşıyev şərh edib. 

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb:

"Bu, bizim müntəzəm mövsümün son oyunumuz idi. Kubok oyunlarından sonra komandada yorğunluq var idı. Zədələrə görə Tayri Boykin və Əkbər Məmmədov oyunu buraxırdılar. Həmçinin, biz Detrik Brauninqə istirahət verdik. O, Kubokun yarımfinal və finalında 40 dəqiqə meydançada olmuşdu. Amma hər oyundan fayda götürmək lazımdır. Bu gün Hüseyn Məmmədov və Oğuzxan Quliyev daha çox oynadılar. Mohəmməd Bazzi və Hacısəməd Oğuz da özlərini göstərmək imkanı əldə etdilər. Hacısəməd yüksək liqada ilk xallarını qazandı. Bu, hər bir basketbolçu üçün əlamətdar hadisədir. İndi bütün fikrimiz pley-off mərhələsindədir. Hazırlaşacağıq".