UEFA "Real Madrid" futbolçularını cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, Avropa ali futbol qurumu Antonio Rüdiger, Kilian Mbappe və Dani Cebalyosa pul cəzası kəsib. Rüdiger 40 000 avro, Mbappe 30 000, Sebalyos isə 20 000 avro məbləğində cərimələnib. Adıçəkilən futbolçular "Atletiko"ya qarşı oyunda idmançıya yaraşmayan hərəkətlər etmişdilər.
Bu isə o deməkdir ki, pul ilə cərimələnən oyunçular "Arsenal"a qarşı 1/4 final mərhələsi oyunlarında iştirak edə biləcəklər.