İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi və oyunçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ötən ayın futbolçusu "Mançester Yunayted"də çıxış edən Bruno Fernandeş seçilib. O, martda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

"Nottingem Forest"i çalışdıran Nuno Eşpirito Santo isə ən yaxşı baş məşqçi seçilib. Onun komandası keçən ay 2 oyunda 2 qələbə qazanıb.

Əlavə edək ki, NF hazırda Premyer Liqada 3-cü yeri tutur və Çempionlar Liqasına getmək uğrunda mübarizə aparır.