Antuan Qrizmann cari mövsümün sonunda "Atletiko"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Madrid klubu ona eyni maaşla müqavilə yeniləməsi təklif edib, lakin fransalı futbolçu buna razı olmayıb.
Bu barədə "Relevo" portalı məlumat verib.
Qrizmann ümumilikdə 9 mövsümdür "Atletiko"da çıxış edir. O, cari mövsümdə 44 oyunda 16 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fransalı hücumçu daha 2 qol vurarsa, La Liqada 200-cü qolunu vurmuş olacaq.